İmamoğlu namizəd ola bilməsə, CHP-dən kim namizəd olacaq?

Bölmə: Dünya › ,
Tarix: 23:25 28.03.2025

CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu olaraq müəyyən edilib. İmamoğlunun həbsi və diplomunun ləğvi prosesləri səbəbindən namizəd ola bilməməsi halında CHP-dən kim namizəd olacaq? Kulislərdə müzakirə edilən adlar kimlərdir?

 

CHP-də ön seçkidə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlu namizəd olaraq müəyyən edilib, partiya məclisi təsdiq edib. Bəs, İmamoğlunun həbsdə qalması və hətta diplomunun ləğv edilməsi səbəbindən rəsmi namizədlik mümkün olmazsa, namizəd kim olacaq?ÖZEL: İMAMOĞLU RƏSMƏN NAMİZƏD OLMASA, BİRİSİ NAMİZƏD ÇIXAR. CHP-də hələ bu məsələnin müzakirə edilməsi üçün erkən olduğunu düşünənlər var. Lakin CHP kulislərində bir tərəfdən də bu mövzu müzakirə edilməyə başlanıb. CHP-nin İmamoğlu prosesi ilə bağlı B və C planları hazırladığı dilə gətirilir. Digər tərəfdən, CHP rəhbəri Özgür Özelin son günlərdə verdiyi bəyanatda, “Ekrem İmamoğlu bizim prezidentliyə namizədimizdir”, deyilib.


Mənbə:CNN

Ətirə İbayeva