Serdal Adalıdan derbi öncəsi açıqlama-Azarkeşlərə çağırış

Tarix: 22:14 29.03.2025
Beşiktaş Klubunun prezidenti Serdal Adalı, Qalatasaray derbisi öncəsi fikirlərini bölüşüb. O, "Komandamızın şərəflə oynayacağına, haqqı ilə qalib gələcəyinə və bizə ikiqat bayram yaşadacağına inanıram", – deyə bildirib.
Adalı açıqlamasında bunları vurğulayıb:
"Bu axşam əzəli rəqiblə vacib bir oyun keçiriləcək. Derbinin fair-play ruhunda keçəcəyinə ümid edirəm. Baş məşqçiyə, texniki heyətə və futbolçulara güvənirəm. Komanda şərəfi ilə mübarizə aparacaq və haqqı ilə qalib gələcək.
Bu qarşılaşmada komandaya ən böyük dəstəyi böyük azarkeş ordusu verəcək. Bu oyunda azarkeşlər mühüm rol oynayacaq. Birlik və həmrəylik içində olub, 90 dəqiqə yalnız oyuna fokuslanmaq lazımdır. Son fitə qədər komandaya böyük coşqu ilə dəstək vermək vacibdir.
Beşiktaşın layiq olduğu gözəl gələcəyə qovuşması üçün gecə-gündüz çalışılır. Azarkeşlərin dəstəyi komandanı daha da gücləndirir. Birlik və həmrəylik içində olduqda heç bir maneə qarşıda dayana bilməz. Futbol komandasına derbidə uğurlar arzulayıram. Stadionu dolduracaq azarkeşlərə göstərəcəkləri dəstəyə görə indidən təşəkkür edirəm".
Mənbə: NTV spor
Nərgiz Orucova