Derbinin hakimi Cihan Aydın

Tarix: 20:50 31.03.2025
“Ziraat” Türkiye Kubokunun 1/4 final oyunlarını idarə edəcək hakimlər açıqlanıb. “Fenerbahçe” -“Galatasaray” derbisini Cihan Aydın idarə edəcək.
“Ziraat” Türkiye Kubokunun 1/4 final oyunlarında təyinat alan hakimlər açıqlanıb. Sabah keçiriləcək “Konyaspor” - “İskenderunspor” oyununu Ozan Ergün idarə edəcək. 2 aprel çərşənbə günü “Fenerbahçe” ilə “Galatasaray” arasında baş tutacaq derbini Cihan Aydın idarə edəcək. Həmin gün oynanacaq “Trabzonspor” - “Bodrum FK” qarşılaşmasında Zorbay Küçük hakim olacaq. “Beşiktaş”ın evində “Göztepe” ilə keçirəcəyi oyunu isə Atilla Karaoğlan idarə edəcək.
“Ziraat” Türkiye Kuboku 1/4 final oyunlarının proqramı və oyunlara təyin olunan hakimlər belədir:
1 aprel çərşənbə axşamı
20:30 | “Konyaspor” - “İskenderunspor”: Ozan Ergün
2 aprel çərşənbə günü
17:45 | “Trabzonspor” - “Bodrum FK”: Zorbay Küçük
20:45 | “Fenerbahçe” - “Galatasaray”: Cihan Aydın
3 aprel cümə axşamı
20:30 | “Beşiktaş” - “Göztepe”: Atilla Karaoğlan
Mənbə: TRT Haber
Nigar Həsənzadə