Paşinyan seçim etməlidir, yoxsa Rusiya...-Belyayev

Tarix: 10:58 15.05.2025
İrəvan iki kürsüdə oturub - Qərb və Rusiyada ikili oyun oynamağa davam edir, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya Paşinyanın Moskvada Qələbə paradına səfərini təhlil edərkən deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu, qədim erməni siyasətidir :
"Paşinyan Moskvaya gedir, amma hərbi qulluqçularını parada göndərmir. Bu nə deməkdir? Əgər lider özü tədbirdə iştirak edirsə, onun hərbçiləri də orada olmalıdır. Lukaşenko da buna görə irad tutur: “Niyə gəlmisən bura, əsgərlərini göndərməmisən, amma Azərbaycan hərbçilərinin marşını izləməyə gəlmisən?” Əgər gəlirsənsə, tam gəl. Yarımçıq addımlar qeyri-ciddi görünür.Bu, qədim erməni siyasətidir. Bir yox, iki yox, üç-dörd stulda oturmaq istəyirlər. İndi də Paşinyan eyni anda Qərb və Rusiya ilə oynamağa çalışır. Qərbdə ABŞ, Fransa, Almaniya, İngiltərə var. Hətta Hindistan və İran da bu sıraya əlavə olunur. Stullar çoxdur, amma bu stullarda uzun müddət oturmaq mümkün deyil. Əgər Putin səni dəvət edibsə və sən Moskvaya gedirsənsə, hər şeyi tam etməlisən. Bu, “birini etdim, o birini etmədim” yanaşması ilə olmur. Ya gəlmə, ya da gəlmisənsə, tam gəl. Paşinyanın siyasəti budur: uzun müddətdir siyasətdədir, amma görünür, dərin strateji düşüncəyə sahib deyil.Bəli, deyə bilərsiniz ki, Əliyev gəlmədi, amma hərbçilərini göndərdi. Amma heç kim demədi ki, Əliyev hərbçilərini göndərdi, hamı dedi ki, Əliyev gəlmədi. Amma indi deyirlər: Paşinyan gəldi. O zaman, niyə hərbçilərini gətirmədin? Bu səfərin məqsədi Rusiyanı razı salmaq idi. Əgər bundan sonra hansısa sərt addım atmasa, münasibətlər daha da istiləşəcək. Onsuz da münasibətlər elə də gərgin olmayıb. Əgər Putin Paşinyanı devirmək istəsəydi, bunu çoxdan edərdi. Paşinyan dövründə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu, Ermənistan kimi kiçik bir ölkə üçün böyük rəqəmdir. Ukrayna müharibəsi və sanksiyalar fonunda Rusiya Ermənistandan istifadə edir. Elektron çiplərdən tutmuş bir çox məhsul Ermənistandan keçərək Rusiyaya çatdırılır. Pul da üçüncü ölkə vasitəsilə gedir – bu üçüncü ölkə Ermənistandır. Rus hərbi bazası Ermənistandadır. Ermənistan sərhədlərini rus hərbçiləri qoruyur. Dəmir yolları rusların nəzarətindədir. Ermənistanın iqtisadiyyatı Fransadan və İrandan deyil, Rusiyadan asılıdır. Nə qədər Makron desələr də, əsas dayaqları Rusiyadadır. Paşinyan bunu istəsə də, istəməsə də, Putinin dediklərini yerinə yetirməyə məcbur qalacaq. Saakaşvili kimi Rusiya ilə qarşıdurmaya gedə bilməz. Gürcüstan o zaman nə günə düşdü. İndi Zelenski dövründə Ukrayna hansı vəziyyətdədir. Paşinyan onlardan dərs alıb və o riskə getməyəcək".
Qəmər Kazımzadə