ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq saziş imzalayıb

Bölmə: Siyasət › ,
Tarix: 10:53 15.05.2025

ABŞ və Səudiyyə Ərəbistanı ümumi dəyəri 600 milyard dollardan çox olan sazişlər və investisiya öhdəlikləri paketi imzalayıb. Ər-Riyadda keçirilən imzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salman iştirak edib. Sazişlərə enerji, aviasiya, səhiyyə və hərbi sahələr üzrə böyük layihələr daxildir.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, ABŞ və Səudiyyə Ərəbistan arasındakı bu münasibətlər lap əvvəldən mövcuddur:

 

"Tarixə baxsaq Ərəbistan əvvəllər İngiltərənin nəzarətində olub. Daha sonra Amerikanın himayəsində olub. Yəni Ərəblər elə bir etnik etnosdur ki, onlar hər zaman özlərinə bir himayədar axtarıblar. Yəni xarici bir qlobalist dövlət onların arxasında olsun. Və gücüdəki Amerikada görüblər Amerika da bundan istifadə edir. Çünki Səudiyyənin böyük enerji resusları var. Amerikanın demək olar bütün prezidentləri hər zaman səfərlərini Səudiyyə ediblər. Trampdakı ən böyük yatırımı orada görür. Bu gün Amerika Çin və Rusiya ilə və ümumiyyətlə bir çox Avropa ilə münasibətlərində hər hansısa bir durğunluq yaşanıbdır. Ola biləcək hər hansı təhlükədən xüsusi ilə iqtisadiyyatda digər alternativi əsas Səudiyyə Ərəbistandır. Çünki bir çox dövlətlər dollara qarşı həmlələr etməkdədir, etməyə çalışır və ABŞ bu balansı Səudiyyə Ərəbistanla qorumağa çalışır".

 

O həmçinin qeyd edib ki, əsas məsələ Səudiyyə ilə ABŞ arasındakı balansdır:

 

"Tramp Suriya ilə sanksiyalarıda ləğv etdi, bu artıq bölgədə Səudiyyəni böyük güc etməyə çalışmasıdır. Amma Orta Şərqdə əsas qüvvə Türkiyədir. Çünki iqtisadiyyatda Səudiyyə Ərəbistanla bir balans xətti varsa, hərbi və strateji cəhətdən Türkiyə ilə arasında balans var və qorumalıdır. ABŞ Türkiyə vasitəsi ilə öz maraqlarını həyata keçirdir".


Ayşən Səlimova