Zion Williamson və CJ McCollum mövsümü bağladı

Bölmə: Dünya › ,
Tarix: 19:27 01.04.2025

 

New Orleans Pelicans komandası ulduz oyunçuları Zion Williamson və CJ McCollumun zədə səbəbindən qalan mövsümdə oynaya bilməyəcəyini açıqlayıb.

 

Komandanın verdiyi rəsmi məlumata görə, Williamson 19 martda Minnesota Timberwolves ilə keçirilən matçda yıxılaraq bel sümüyünü əzib. McCollum isə 23 martda Detroit Pistons ilə səfər oyununda zədələnərək sağ ayağında əzilmiş sümük diaqnozu alıb.

 

Bu mövsüm Zion Williamson 30 oyunda 24,6 xal və 7,2 ribaund, CJ McCollum isə 56 oyunda 21,1 xal toplayıb.

 

İki əsas oyunçunun yoxluğu Pelicans üçün böyük itki sayılır və komandanın play-off şanslarına təsir göstərə bilər.

 

 

TRT SPOR 

Gülhüseynova Güllər