CHP xaos və qarışıqlıq yaratmaq niyyətindədir-Bahçeli

Tarix: 20:03 01.04.2025
MHP-nin başqanı Dövlət Baxçalı, İBB başqanı Əkrəm İmamoğlunun həbsindən sonra CHP-nin təşkil etdiyi etiraz aksiyalarına reaksiya verib.
Baxçalı, "böyük bir şüursuzluq və dözümsüzlük nümunəsi" adlandırdığı küçə çağırışlarının Türkiyənin çox təhlükəli bir prosesə sürüklənməsinə işarə etdiyini iddia edib. Türkgün qəzetinə açıqlamalar verən Baxçalı, "Bu çağırış, ictimai asayişi təhdid etdiyi üçün dövlət quruluşunu pozmağa yönəlib" deyib və CHP-ni "xaos və qarışıqlıq yaratmaqda" günahlandırıb. "Küçələr çarə deyildir" deyən Baxçalı belə davam edib:
"Əgər küçəyə çağırılanların qarşısına 15 iyulda olduğu kimi başqaları çıxarsa, qaçılmaz toqquşmanın qarşısı necə alınacaq, hadisələrin böyüməsi necə dayandırılacaq?" Media şərhçilərinin "məsuliyyətli davranmalı" olduğunu bildirən Baxçalı, "Medianın cəmiyyətin etibarını və əmin-amanlığını sarsıdacaq ifadələrlə təxribat xarakterli üslub sərgiləməsi, etik prinsipləri aşan bir cinayət halıdır" deyə qeyd edib. Baxçalı, "cəmiyyəti yönləndirmə gücünə malik medianın yalnız mətbuat azadlığı ilə izah edilə bilməyəcək dağıdıcı yayımlar etməsinin qarşısı alınmalıdır" ifadəsini işlədib.
Mənbə: BBC News
Fatimə Heydərova