Qəzzada soyqırımların sayı getdikcə ağırlaşır!

Tarix: 20:24 01.04.2025
İsrail işğalçı qüvvələri, Ramazan Bayramına baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 42 nəfərin həyatını itirdiyi, 183 nəfərin isə yaralandığı bildirilib. İsrailin atəşkəsi pozduğu gündən bu yana 1042 nəfərin həyatını itirdiyi, 2542 nəfərin yaralandığı qeyd edilib. Nazirlikdən verilən məlumata görə, İsrailin Qəzzaya hücumları başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirənlərin ümumi sayı 50 min 399-a, yaralıların sayı isə 114 min 583-ə yüksəlib.
Mənbə: a haber
Nərmin Həşimova