Xarici işlər naziri Hakan Fidan Fransaya səfər edəcək

Tarix: 20:38 01.04.2025
Xarici işlər naziri Hakan Fidan fransalı həmkarı Jan-Noel Barrot ilə görüşmək üçün Fransaya rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Hakan Fidan sabah Parisə rəsmi səfər edəcək. Hakan Fidan, başda Türkiyə-Fransa ikitərəfli əlaqələri, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya başda olmaqla, aktual regional və beynəlxalq hadisələri müzakirə edəcək. Görüşlərdə Hakan Fidanın həmkarına Fransada yaşayan türk vətəndaşlarını hədəf alan irqçi və ekstremist cərəyanlara qarşı qətiyyətli mövqe tutacağına dair gözləntilərini ifadə etməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyəti və ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı Türkiyənin fikirlərini çatdırması, terrorla mübarizədə effektiv əməkdaşlığın, terrorla mübarizədə ortaq və qətiyyətli mövqenin vacibliyini bir daha vurğulaması gözlənilir.
Görüş zamanı həmkarına terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında mövcudluğuna son qoyulması və DEAŞ-la mübarizəyə dəstək gözləntilərini də çatdıran Hakan Fidan, Suriyada yeni administrasiya ilə əlaqələrin artırılmasının və bu istiqamətdə sanksiyaların tamamilə aradan qaldırılmasının ölkənin sabitliyi üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib və beynəlxalq ictimaiyyətin İsrailin regionda təhlükəsizliyini təhdid etməsi üçün tədbirlər görməsinə diqqət çəkib.
Mənbə: CNN Türk
Nərmin Həşimova