“Səhv addım İranın nüvə silahı istehsal etməsinə səbəb ola bilər”

Bölmə: Dünya › ,
Tarix: 20:53 01.04.2025

İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani:
“İranın nüvə proqramı ilə bağlı yanlış addım atılacağı təqdirdə özlərini müdafiə etməli olacaqlar. Onlar da bilirlər ki, belə bir hücum İranı nüvə silahı istehsal edə bilər” , - dedi.

 

İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda İranın nüvə fəaliyyətləri ilə bağlı açıqlamalar verib. İranın nüvə proqramının “Beynəlxalq Atom Enerjisi Agentliy”nin nəzarətində olduğunu bildirən Laricani:
“İran nüvə anlaşması çərçivəsində “Beynəlxalq Atom Enerjisi Agentliy”nin yoxlama və protokollarını həyata keçirməyə razılaşdı. Biz də razılaşmaya uyğun olaraq bəzi məhdudiyyətləri qəbul etdik və cavab olaraq bəzi addımların atılacağına söz verildi. Lakin Tramp administrasiyası bu razılaşmanı pozdu" , - dedi.

 

Xamneyinin fətvası qüvvədə qalır

 

Laricani İranın nüvə silahı potensialına malik olduğunu, lakin Dini Rəhbər Xameneinin fitvasının bu istiqamətdə addım atmağı qadağan etdiyini vurğulayıb. Xamenein:
“Fətva siyasi göstərişlərdən fərqlidir və bildiyimə görə, bu, Birləşmiş Millətlər Təşkilatında qeydə alınıb. Bu günə qədər də bu istiqamətdə hərəkət edilib. Bəs ABŞ nə iddia edir, mənim fikrimcə, bunun strateji bir səhv olduğuna inanırıq. Biz dedik ki, bu, fətvadır, biz Agentliyin nəzarətinə tabeyik və nüvə silahının ardınca getmirik” , - deyib.

 

 

Mənbə: Haber Global
Kəmalə Vəliyeva