Yeşilay, 6-cı Qlobal Davranış Asılılığı Konqresini təşkil edir

Tarix: 21:38 01.04.2025
105 illik köklü tarixi ilə narkomaniya ilə mübarizədə aparıcı rolu üzərinə götürən Yeşilay, 2025-ci il, 13-14 may tarixlərində İstanbulda 6-cı Qlobal Davranış Asılılığı Konqresini təşkil edəcək. Professor Dr.Yeşilay Ümumi Başçı Dr. Mehmet Dinçin sədrliyi ilə keçiriləcək konqresə dünyanın hər yerindən akademiklər, ekspertlər və əlaqədar qurumların nümayəndələri qatılacaq.
Konqresdə davranış asılılığı sahəsində mövcud elmi inkişaflar müzakirə olunacaq. Konqresə yazılar üçün müraciətlər Yeşilayın rəsmi internet saytından edilə bilər . Abstrakt müraciətləri üçün son tarix 31 mart 2025-ci ildir.
Yeşilayın əvvəlki illərdə uğurla təşkil etdiyi Beynəlxalq Texnologiya Asılılığı Konqresinin davamı olan 6-cı Qlobal Davranış Asılılığı Konqresi rəqəmsal oyunlar, sosial media və qumar kimi davranış asılılığı ilə bağlı elmi müzakirələrə ev sahibliyi edəcək.
Mənbə: CNN TÜRK
Zəhra Möhübbətova