“Qırğızıstan-Özbəkistan-Tacikistan sazişi tarixi baxımdan mühüm hadisədir”

Tarix: 21:46 01.04.2025
Baş katibin bəyanatı bu gün Tacikistanın Xucənd şəhərində keçirilən Qırğızıstan, Özbəkistan və Tacikistan dövlət başçılarının Üçtərəfli Zirvə görüşü, həmçinin həmin ölkələrin dövlət sərhədlərinin birləşmə qovşağına dair Sazişin imzalanması ilə bağlı verilib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu sazişin imzalanması gələcək iqtisadi inkişaf perspektivləri baxımından strateji əhəmiyyət daşıyır:
“Nəzərə almaq lazımdır ki, bu üç ölkə arasında keçmiş SSRİ-dən qalan problemlər mövcuddur. Xüsusilə də ərazi məsələləri hələ də aktuallığını qoruyurdu. Bu ölkələr arasında sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesi son vaxtlara qədər yekunlaşmayıb.
Mübahisəli ərazilərlə bağlı problem artıq həll olunmuş kimi görünür. Bu ölkələr, əsasən, Orta Asiya dövlətləri olmaqla yanaşı, Çindən Avropaya qədər uzana biləcək tranzit marşrutu üzərində yerləşir. Zəngəzur dəhlizinin açılması halında Orta Asiyanın nəqliyyat-kommunikasiya imkanlarının əhəmiyyəti daha da artacaq".
Çimnaz Telmanqızı