Polşa və ABŞ "Patriot" müqaviləsi bağlayacaq

Bölmə: Dünya › ,
Tarix: 21:54 01.04.2025

Bildirilib ki, Polşa ilə ABŞ arasında 2 milyard dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemi sazişi imzalanacaq. Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ ilə razılaşma ilə bağlı açıqlama verib. 

 

Kosiniak-Kamysz bildirib ki, Polşa və ABŞ təxminən 2 milyard dollar dəyərində müqavilə imzalayacaq. 

 

Polşa Müdafiə Nazirliyi qeyd edib ki, sazişin həyata keçirilməsi “Visla” proqramının əsasını təşkil edən “Patriot” buraxılış sistemlərinin operativ hazırlığını təmin edəcək.

 

Mənbə: CNN Türk

Çimnaz Telmanqızı