İranın “nüvə silahı” açıqlaması

Bölmə: Dünya › ,
Tarix: 22:15 01.04.2025

İran lideri Ayətullah Əli Xameneinin müşaviri və keçmiş Məclis sədri Əli Laricani, ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ-nin İrana hər hansı bir hücum etməsi halında nüvə silahı istehsal etməyə məcbur qalacaqlarını bildirib.

 

İran lideri Ayətullah Əli Xameneinin müşaviri və keçmiş Məclis sədri Əli Laricani, dövlət televiziyasında iştirak etdiyi bir proqramda açıqlamalar verib. Laricani, ABŞ-nin ölkəsinə qarşı təhdidlərinə toxunaraq, İranın nüvə silahı istehsal etmək qabiliyyətinə malik olduğunu, lakin Xameneinin kütləvi qırğın silahları ilə bağlı fətvasına əsasən nüvə silahı istehsalına yönəlmədiklərini bildirib. Laricani, ABŞ-a müraciət edərək, “İran bunu etmək istəmir, lakin siz təzyiq göstərsəniz, xalq ölkənin təhlükəsizliyi naminə bunu etməyimiz üçün təzyiq göstərəcək. Əgər siz və ya İsrail bombalama yoluna əl atsanız, İranı başqa qərarlar verməyə məcbur etmiş olacaqsınız. Bu isə sizin xeyrinizə olmaz. Ona görə də mövqeyinizi dəyişin”,– deyə bildirib.

 

Mənbə:CNN
Ətirə İbayeva