Zelenski- “Putin tezliklə öləcək”

Bölmə: Siyasət › ,
Tarix: 21:09 03.04.2025

Ukrayna Prezidenti Volodimir Zelenski dünən Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə açıqlamalar verib və Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı sərt fikirlər səsləndirib.

Ukrayna lideri "O, tezliklə öləcək, bu faktdır və bu da son olacaq" deyib.

Britaniyanın "Daily Mail" qəzetinin yazdığına görə, 72 yaşlı Rusiya liderinin son illərdə üzünün şişməsi, ayağının əsməsi və gözlərinin qan içində olması onun sağlamlığı ilə bağlı fərziyyələri gücləndirib.

"Daily Mail" bildirib ki, 2022-ci ildə yayılan görüntülərdə Putin o vaxtkı müdafiə naziri Sergey Şoyqu ilə görüşdə kreslosunda əyri oturub, masanı tutub və sözləri çətinliklə deyib.

Britaniya qəzetinin məlumatına görə, onun davamlı öskürdüyü, əllərində və ayaqlarında qeyri-ixtiyari tərpənişlər olduğu haqda da iddialar mövcuddur.

Bəzi mənbələrdə Putinin xərçəng və Parkinson xəstəliyindən əziyyət çəkdiyi iddia olunub.

Dünən axşam Zelenski bildirib ki, Putin Avropa İttifaqını daxildən zəiflətməyə çalışır.

 

Mənbə: A Haber


Səyyarə Mirzəyeva