“Amerika dünya ticarətində əsas paya malik ölkədir” -ŞƏRH

Tarix: 21:22 03.04.2025
ABŞ-də milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edilib. Bunu ölkə Prezidenti Donald Tramp bəyan edib.
“Bu təhlükənin mənbəyi Birləşmiş Ştatlardan kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bu təhlükə ilə bağlı milli fövqəladə vəziyyət elan edirəm” , - o deyib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “informator.az”a açıqlamasında bildirib ki, Trampın atdığı bu addım Amerika ilə ticarət edən dövlətlər üçün negativdir:
“Bu, Amerikanın büdcəsini artıracaq bir vəziyyətdir. Yəni biz məsələyə öz aspektimizdən baxırıq və yaxud Çin kimi digər ölkələrin nə itirəcəyini izləyirik.
Amma Amerikanın burada itirəcəyi heç nə yoxdur. Onsuz da Amerika dünya ticarətində əsas paya malik ölkədir. Yəni 50-60 faizlik ticarət dövlətləri Amerikanın hesabına gerçəkləşir. Çin sonra gəlir.
Yəni bu rüsumları artırmaqla, Amerika büdcəsinin gəlirin atıracaq. Trampın bu addımı İran şahı Rza Pəhləvinin neft qiymətlərini artırıb, bir gün də İranı necə varlı etdiyinə bənzəyir. Tək fərqi ondan ibarətdir ki, Trampın atdığı bu addım Amerikaya uzun vədədə ciddi bir divident gətirəcək. Yəni şahın atdığı kimi müvəqqəti bir addım deyil. Tramp daxildəki dəstəkçilərini, həmçinin Amerika xalqının rifahını da artıra bilər.
Politoloqun sözlərinə görə, Hər ölkə öz marağını düşünməlidir:
“Amerika da burda öz maraqlarını düşünür və bu addımı atır. Ölkələr bunu boykot edə bilərmi, xeyr. Çünki, Amerikanın alternativi yoxdur. Amerikanın dünya bazarındakı hegemoniyası kifayət qədər çoxdur.
Dollar diplomatiyasına nəzərə alsaq , dünyanın əsas aparıcı valyutası, ticarət dövriyyəsi də keçərli və güvənilir valyuta dollardır. Bu da əslində alternativsizlikdən gəlir.
Bu , Amerika üçün, uzaq perspektivdə və mövcud durum üçün çox uğurlu bir addımdır. Amerika iqtisadiyyatını kifayət qədər böyüdəcəkdir və Amerikaya ciddi bir maliyyə gətirəcəkdir. Həm nəzərə alsaq ki, İranla gərginlik davam edir, Amerikanın müxtəlif regionlarda hərbi xərcləri var, bu baxımdan da hərbi xərcləri də artırmaq üçün əlavə vasitə deməkdir”.
Nuray Əliyeva