Rüdiger və Mbappe bir oyunluq şərti cəzalandırılıb

Tarix: 21:40 04.04.2025
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko Madrid” ilə keçirilən cavab görüşündən sonra davranışlarına görə “Real Madrid”in futbolçuları Antonio Rüdiger və Kilian Mbappe bir oyunluq şərti cəza alıblar.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, bir il ərzində oxşar qayda pozuntusu təkrarlanacağı halda hər iki futbolçu avtomatik olaraq bir oyunu buraxmalı olacaq. Bundan əlavə, UEFA Rüdigeri 40 min avro, Mbappeni 30 min avro, ispan futbolçu Daniel Sebalyosu isə 20 min avro məbləğində cərimələyib.
Mənbə: Caliber
Aytən Ağazadə