Ankarada silah qaçaqmalçılığı əməliyyatı-100 sənədsiz silah ələ keçirildi

Tarix: 18:07 08.04.2025
Ankarada Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları vasitəsilə keçirilən əməliyyatda 100 sənədsiz silah və 970 silah parçası ələ keçirilib. Əməliyyat zamanı 1 nəfər saxlanılıb.
Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları, OSTİM Mütəşəkkil Sənaye Bölgəsində qanunsuz silah istehsalı və ticarəti edildiyi barədə məlumat alan bir iş yerində əməliyyat keçirib. Yenimahalle rayonunda keçirilən əməliyyatda sözügedən ünvanda aparılan axtarışlar zamanı 100 sənədsiz silah və 970 müxtəlif silah parçası ələ keçirilib.
Mənbə: TRT HABER
Zəhra Möhübbətova