Azərbaycanı Yaşıl İqtisadiyyata Keçiddə Dəstəkləyəcək Avropa İnvestisiya Bankı

Tarix: 21:37 08.04.2025
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanın davamlı inkişafına dəstək verməyə hazır olduğunu bildirib.
Bu barədə bank öz hesabatında məlumat verib:
“Azərbaycan üçün Aİ-nin İqtisadi və İnvestisiya Planına uyğun olaraq, AİB ölkənin yaşıl iqtisadiyyata keçidini dəstəkləməyə hazırdır. Prioritetlərimizə təmiz enerji, davamlı nəqliyyat, rəqəmsallaşma və kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığının artırılması daxildir. Tələbə əsaslanan bir qurum kimi, biz Aİ-nin siyasətləri və standartlarına uyğun layihələrin dəstəklənməsini nəzərdən keçirməyə hazırıq", – deyə AİB qeyd edib. Bankın bildirdiyinə görə, EIB Global-ın ixtisaslaşmış bölməsi Azərbaycan tərəfdaşları ilə müntəzəm məsləhətləşmələr apararaq əməkdaşlıq üçün perspektivli sahələri müəyyənləşdirir. Avropa İnvestisiya Bankı – Avropa İttifaqı üzv dövlətlərinə məxsus maliyyə institutudur. Bankın əsas məqsədi infrastrukturun inkişafı, innovasiya, ətraf mühitin qorunması və kiçik və orta biznesin dəstəklənməsi sahəsində uzunmüddətli kreditlər təqdim etməklə Aİ-nin əsas məqsədlərinin həyata keçirilməsinə töhfə verməkdir. AİB Global beynəlxalq fəaliyyətlər və davamlı inkişafın maliyyələşdirilməsi ilə məşğuldur. Bu qurum Aİ-nin üç əsas təşəbbüsünün – Avropa Yaşıl Razılaşması, “Qlobal Gateway” ticarət strategiyası, məşğulluğun və inklüziv inkişafın dəstəklənməsi – həyata keçirilməsində iştirak edir. Azərbaycanda əməkdaşlığın əsas sahələri kimi enerji müxtəlifliyinin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və daha davamlı iqtisadi modellərə keçid layihələri qalır.
Caliber
Billurə Quliyeva