"Fenerbahçe Medicana"da ayrılıq

Tarix: 22:16 09.04.2025
"Fenerbahçe Medicana", "Galatasaray Daikin" məğlubiyyətindən sonra baş məşqçi Marco Fenoglio ilə yollarını ayırdı.
"Vodafone Sultanlar Liqası"nın play-off 1-4 mərhələsinin ilk oyununda "Galatasaray Daikin"ə 3-2 hesabı ilə uduzan "Fenerbahçe Medicana"da ayrılıq baş verib.
“Sarı-lacivərdlilər”, "Galatasaray Daikin"ə məğlubiyyətdən sonra baş məşqçi Marco Fenoglio ilə yollarını ayırdı.
"Fenerbahçe"dən ayrılıq qərarı ilə bağlı verilən açıqlama belə olub:
"Fenerbahçe Medicana" qadın voleybol komandamızın baş məşqçisi Marco Fenoglio, köməkçi məşqçisi Stefano Micoli və fiziki hazırlıq üzrə məşqçisi Maurizio Negro ilə yollarımız ayrıldı. Marco Fenoglio və onun komandasına gördükləri işlərə görə təşəkkür edir, gələcək karyeralarında onlara uğurlar arzulayırıq”.
Mənbə: TRT Haber
Nigar Həsənzadə