“Qarabağ” komandasının daha da inkişaf etməsi üçün hansı dəyişikliklər edilməlidir?-AÇIQLAMA…

Bölmə: İdman › ,
Tarix: 21:36 10.04.2025

 

“Qarabağ”da köklü dəyişikliklər olacaq.

 

“Qarabağ” bu mövsüm başa çatdıqdan sonra heyətində köklü yenilik edəcək.

Bir sıra futbolçularla yolların ayrılması nəzərdə tutulur. Onların arasında həm yerlilər, həm də legionerlər var.

 


Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “informator.az”a açıqlamasında bildirib ki, son günlər mediada belə bir xəbər yayılıb ki, “Qarabağ”da ciddi dəyişikliklər olacaq:

 

“Əsasəndə bu dəyişikliklər komandanın tərkin hissəsinə aiddir. Bəzi futbolçuların komandadan ayrılacağı və komandanın yeni futbolçular cəlb edəcəyi gözlənilir.
Avrokuboklarda yeni formatlı reqlamentə keçəndən sonra biz bariz şəkildə bunu şahidi olduq ki, “Qarabağ” futbol klubu yeni formatlı liqada mübarizəni biraz çətinliklə apardı. Yekunda isə nəticə heç də ürəkaçan olmadı. Avro ligada komanda sonuncu pillədə qərarlaşdı. Avro kubokda mövsümü bir xalla tərk etti.


Qurban Qurbanov komandada ciddi şəkildə dəyişikliklərin olacağını ictimaiyyətə bildirdi. Bu da o deməkdir ki , “Qarabağ” bu dəyişikliklə növbəti mövsüm Avro kuboklarda mübarizəni layiqincə davam etdirməyi istəyir. İlk iyirmi dördlük uğrunda mübarizə aparıb növbəti mərhələyə keçib. Orada da artıq rəqiblərinə öz sözünü deməyə çalışacaq. Bu dəyişikliyin əsas səbəbi “Qarabağ”ın Avro kuboklar mövsümündə o uğurlu çıxışına bağlanır.

 

Bəziləri mövqelər üzrə, məsəl üçün müdafiədə ola , yarım müdafiədə hücum xəttidə ola bilər, sırf onlara köklənir, orada dəyişikliklər aparır. Əgər bu xəbərin başlığında köklü dəyişiklik sözünü görürüksə, bu, o deməkdir ki, "Qarabağ"da istənilən cinahda dəyişikliklər olacaq. Bəzi komanda üzvləri artıq mövsümün sonunda "Qarabağ"la sağollaşmalı olacaqlar".

 

 

Kəmalə Vəliyeva