Svit Seslar UEFA Konfrans Liqasında parlayır — Sloveniya millisindən dəvət alıb

Bölmə: İdman › ,
Tarix: 21:27 11.04.2025

 

Mövsümün əvvəlində “Eyüpspor”dan Sloveniyanın “NK Celje” klubuna icarəyə verilən 23 yaşlı yarımmüdafiəçi Svit Seslar bu mövsüm göstərdiyi çıxışla diqqətləri üzərinə çəkib. UEFA Konfrans Liqasında uğurla çıxış edən Seslar, 31 oyunda 7 qol və 13 məhsuldar ötürmə ilə komandasının ən parlaq oyunçularından biri olub. O, hazırda turnirdə ən çox assist edən futbolçudur. Konfrans Liqasında keçirdiyi 11 oyunda 2 dəfə də fərqlənən Seslar, həmçinin Sloveniyanın əsas milli komandasına çağırılıb.

 

Sesların uğurunda baş məşqçilər Arda Turan və Albert Rieranın da təsiri olduğu qeyd edilir. Arda Turanın tövsiyəsi ilə “Celje”yə gedən futbolçu, “Eyüpspor”un 2,5 milyon avro ilə ən bahalı ikinci transferi hesab olunur.

 

Qeyd edək ki, “Celje” Konfrans Liqasının qrup mərhələsində topladığı xallarla pley-offa yüksəlib, ardınca APOEL və “Luqano”nu mübarizədən kənarlaşdıraraq 1/4 finalda “Fiorentina” ilə qarşılaşmağa haqq qazanıb.

 

Sesların bu mövsüm göstərdiyi performans onun həm klub, həm də milli səviyyədə parlaq gələcəyinin olduğunu göstərir.

 

TRT SPOR

 Güllər Gülhüseynova