Andradedən mövsümün üçüncü rekordu

Bölmə: İdman › ,
Tarix: 13:50 12.04.2025

Azərbaycan Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb. 

 

“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Leandro Andrade XXX turun “Səbail”lə görüşündə 3 qola imza atıb.

  

Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu I turda “Səbail”, XV turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.