ABŞ prezidenti Donald Tramp anti-Rusiya sanksiyalar paketini bir il müddətinə uzadacaq sərəncam imzalayıb

Tarix: 15:43 13.04.2025
2021-ci il aprelin 15-də Bayden administrasiyası ölkəyə qarşı kiber-aktiv fəaliyyətlərdə, ABŞ-da və digər ölkələrdə seçkilərin keçirilməsinə xələl gətirmək cəhdlərində, Amerika vətəndaşlarına zərər vermək və ya öldürmək cəhdlərində, eləcə də digər maliyyə əməliyyatlarında iştirak etdiyi iddia edilən Rusiya fiziki və qurumlarına qarşı sanksiyalar tətbiq edən 14024 saylı fərman təqdim edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mart ayında Rusiyanın ona qarşı tətbiq etdiyi bütün məhdudiyyətləri qeyri-qanuni hesab etdiyini və onların aradan qaldırılmasını gözlədiyini bildirib.
TASS
Gülhüseynova Güllər