ABŞ-İran danışıqlarının ikinci turu Omanda keçiriləcək

Tarix: 08:21 15.04.2025
İran ABŞ ilə ikinci tur danışıqlarının Omanda keçirilməsinin qərara alındığını açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi rəsmi IRNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib:
“Keçirilən məsləhətləşmələr nəticəsində, Maskatın 20 aprel şənbə günü baş tutacaq danışıqların ikinci raunduna da ev sahibliyi etməyə davam etməsi qərara alınıb".
İran ilə ABŞ arasında danışıqlar prosesi
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtərəfli şəkildə İranla nüvə sazişindən çıxarıb. O, ötən ay İran lideri Ayətullah Əli Xameneiyə birbaşa nüvə danışıqları üçün məktub göndərib.
İran bu məktuba Oman vasitəsilə cavab verdi. Bu məktub mübadiləsindən sonra İran və ABŞ 12 aprel tarixində Omanda dolayı danışıqlar aparıb.
Danışıqların nəticəsi olaraq həm İran, həm də ABŞ tərəfi görüşlərin “müsbət və konstruktiv” keçdiyini bəyan etdi. Tərəflər, 19 aprel tarixində yenidən görüşəcəklərini açıqlayıb.
ABŞ mediası danışıqların ikinci turun İtaliyanın paytaxtı Romada keçiriləcəyini yazsa da, yekunda görüşün Ummanda baş tutacağı dəqiqləşib.
Mənbə: TRT HABER
Nuray Əliyeva