Vaşinqton-Riyad nüvə əməkdaşlığı

Bölmə: Dünya › ,
Tarix: 08:55 15.04.2025

ABŞ və Səudiyyə Ərəbistanı birgə nüvə layihəsi imzalayacaqmı? ABŞ-nin energetika naziri Kris Rayt Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda həmkarı ilə görüşüb. Görüşdə birgə nüvə sazişinin imzalanması planlaşdırılırdı.

 

 

Ər-Riyad və Vaşinqton nüvə sahəsində əməkdaşlığa can atırlar. ABŞ-nin energetika naziri Kris Rayt səudiyyəli həmkarı şahzadə Əbdüləziz bin Salmanla görüşüb. ABŞ və Səudiyyə Ərəbistanı krallığın mülki nüvə sənayesini inkişaf etdirmək ambisiyaları ilə bağlı əməkdaşlıq üçün ilkin saziş imzalayacaqlar, iki nazir bildiriblər.

Rayt Amerikanın nüvə tərəfdaşlığının vacibliyini vurğuladı. "Həm Səudiyyə Ərəbistanının, həm də Amerikanın məqsədlərinə çatacaq bir razılaşmanın qurulmasının bir çox yolu var", - dedi.


Lakin razılaşmanın Səudiyyə Ərəbistanının qəbul etmədiyi bənd üzrə razılığa gəlmək mümkün olmayıb. ABŞ Atom Enerjisi Aktının 123-cü maddəsi müəyyən nüvə silahlarının inkişafının qarşısını almaq üçün əməkdaşlığı ehtiva edir. Lakin Səudiyyə Ərəbistanı bu müddəaya əməl etməkdən imtina edir.

Enerji naziri Rayt bildirib ki, uranın zənginləşdirilməsi və ya işlənən yanacağın təkrar emalı imkanlarını aradan qaldıran müddəalara əməl edilməlidir. Səudiyyə Ərəbistanı bu maddələri rədd edərsə, nüvə bombası yaratmaq imkanının olduğunu etiraf edəcək.

 

 


Mənbə: CNN Türk
Əminə Əliyeva