Fransa sakinlərinin üçdə ikisi Makrondan narazıdır -Sorğu

Bölmə: Dünya › ,
Tarix: 16:35 13.04.2025

 

Fransa sakinlərinin üçdə ikisi ölkə Prezidenti Emmanuel Makronun və Baş nazir Fransua Bayrunun siyasətini dəstəkləmir.

 

 

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, "Ipsos" və "CESI École d'Ingénieurs" şirkətlərinin "La Tribune de Dimanche" qəzeti üçün keçirdiyi sorğu buna dəlalət edir.

 

 

Belə ki, rəyi soruşulan min fransalının 70 faizi E.Makronun dövlət başçısı vəzifəsindəki fəaliyyətini bəyənmir, bu da bir ay əvvəlkindən bir faiz çoxdur.

Respondentlərin 67 faizi isə F.Bayrunun fəaliyyətindən narazı olduğunu bildirib.