Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır

Bölmə: Dünya › ,
Tarix: 18:05 15.04.2025

Fransa Prezidenti Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahuya telefonla "Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır" , - deyib.



Makron “X” hesabında verdiyi açıqlamada , Netanyahu ilə telefonla danışdığını bildirib.

Netanyahuya İsrailin və israillilərin təhlükəsizliyini dəstəklədiyini söyləyən Makron:
“Həmasın tərksilah edilməsi bütün girovların azad edilməsi kimi əsas prioritetdir” , - dedi.

Məhbusların azad edilməsi üçün atəşkəsin yeganə variant olduğunun bildirildiyini deyən Makron Qəzza zolağına humanitar yardım üçün bütün keçid məntəqələrinin açılmasının Qəzzalı vətəndaşlar üçün həyati əhəmiyyət daşıdığına diqqət çəkib.

Əl-Arişdə gördüm ki, sərhədin o biri tərəfində bu yardımın qarşısı alınır. Makron:
“Yardımlar ən qısa zamanda mülki şəxslərə çatdırılmalıdır. Makron Netanyahuya Qəzzada mülki əhalinin iztirablarına son qoyulmalıdır” , - deyib.

 

 


Mənbə: TRT Haber
Kəmalə Vəliyeva