İsrail pasportu olan şəxslər bundan sonra ölkəyə daxil ola bilməyəcək

Tarix: 18:10 15.04.2025
Maldiv adalarının Prezidenti Muhammed Muizzu Facebook hesabında məsələ ilə bağlı açıqlama verib.
Sözügedən qanunun təsdiq edildiyini bildirən Muizzu:
"İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağandır" , - deyib.
Muizzu, bu addımın ölkənin İsrailin Fələstində davam edən zülmünə qarşı mövqeyini göstərdiyini ifadə edərək, Maldiv adalarının Fələstin xalqı ilə həmrəy olduğunu vurğuladı.
Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinə mane olan qanun ana müxalifət olan Maldiv Demokratik Partiyası (MDP)
Nazirlər Şurasına təqdim edib və parlamentdə səs çoxluğu ilə təsdiqlənib.
Mənbə: Haber Global
Nərmin Həşimova