Almaniya Xarici İşlər Naziri Baerbock-dan Qəzzada təcili atəşkəs çağırışı

Tarix: 20:56 15.04.2025
Almaniya Xarici İşlər Naziri Annalena Baerbock Qəzzadakı insanların çəkdiyi acını insani cəhətdən ifadə etməyin çətin olduğunu bildirib.
Baerbock, Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə açıqlama verib.
O, ortaq bir Avropa xarici siyasət yanaşmasının əhəmiyyətinə diqqət çəkərək, Yaxın Şərq məsələsində də ortaq mövqe sərgilənməsinin vacib olduğunu vurğulayıb. Qəzzada çox sayda insanın girov götürüldüyünü bildirən Baerbock, bölgədəki insanların yaşadığı əzabları təsvir etməyin belə çox çətin olduğunu deyib. O, bütün əsirlərin azad edilməsi və 2 milyon fələstinlinin yenidən ləyaqətli bir həyat sürə bilməsi üçün təcili olaraq atəşkəsə qayıdılmasının vacibliyini ifadə edib.
A Haber
Billurə Quliyeva