HƏMAS-ın İsrailin Qəzzaya hücumları ilə bağlı bəyanatı-"Planlaşdırılan soyqırım həyata keçirilir"

Tarix: 21:13 15.04.2025
Atəşkəs prosesi çərçivəsində tərəflərin sərt bəyanatları ilə HƏMAS ilə İsrail arasında davam edən qarşıdurma getdikcə gərginləşsə də, Qəzzada yaşanan humanitar böhran və İsrail ictimai rəyinə təzyiqlər gündəmdə qalmaqdadır.
Bölgədəki humanitar vəziyyətlə bağlı məlumat verən Həmas, son 7 həftədir Qəzza zolağına əsas humanitar yardımların daxil olmasının qarşısı alındığını bildirib və İsrailin “qlobal sükut”la müşayiət olunan “planlı soyqırımı” həyata keçirdiyini iddia edib.
Yaxın Şərqdə HƏMAS-İsrail gərginliyi atəşkəs danışıqlarının davam etdiyi bir vaxtda tərəflərin qarşılıqlı açıqlamaları ilə yeni bir ölçü qazanıb. HƏMAS tərksilah təklifini sərt şəkildə rədd edərək bunu öz "qırmızı xətti" kimi xarakterizə edib, İsrailin baş naziri Benyamin Netanyahu isə bütün məhbusların "diri və ya ölü" geri qaytarılacağını bildirib. HƏMAS isə 7 həftədir Qəzza zolağına əsas humanitar yardımların daxil olmasının qarşısının alındığını bəyan edərək, İsrailin "qlobal sükut"la müşayiət olunan "planlı soyqırımı" həyata keçirdiyini iddia edib.
Digər tərəfdən, İsrail ictimaiyyətinin Qəzzada hücumlara son qoyulması və məhbusların azad edilməsi tələbi ilə başlatdığı imza kampaniyaları təhlükəsizlik bölmələrindən tutmuş akademik dairələrə qədər geniş bir təbəqənin dəstəyini qazanaraq diqqət çəkib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı