İran XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib

Bölmə: Siyasət › ,
Tarix: 20:58 15.04.2025

İran nümayəndə heyəti bu həftə Romada ABŞ ilə danışıqların ikinci raundunda iştirak edəcək. Mövzu ilə bağlı politoloq Turab Rzayev "informator.az"a açıqlamasında bildirib ki, aydın məsələdir, görüşdən gözlənti odur ki, hər iki tərəfin münaqişə riskini minimuma endirilisin:

 

"Çünki bir tərəfdən ABŞ İranı zərbələrlə hədələyir, digər tərəfdən İran ABŞ-nin ünvanına kəskin ifadələr işlədir. İrana qarşı ağır zərbələr ola bilər, ona görə də tərəflər müəyyən addımlar atacaqlar ki, münaqişədən qaçmaq mümkün olsun. Görüşdə Nüvə sazişinin imzalanması gözlənilir. ABŞ İrandan Uranın zənginləşdirməsini dayandırmasını tələb edəcək. İran ABŞ-dən ona qarşı olan sanksiyaların aradan qaldırılmasını istəyəcək. Çünki İran iqtisadiyyatı çox pis vəziyyətdədir. Bunun qarşısını almağın yeganə yolu məhz odur ki, İran hansısa şəkildə artıq ona qarşı qoyulan maliyyə sanksiyaları dondurulsun. Dünya ticarətində iştirak edə bilsin və öz neftini, qazını sərbəst şəkildə sata bilsin. Tramp düşünür ki, bu görüşdə o, böyük uğur əldə edə bilər. ABŞ-nin burda əsas məqsədi o ola bilər ki, Rusiyanı sıxmaq və Çinə zərbə vurmaq üçün ucuz neft siyasəti həyata keçirsin. Bu minvalla neft siyasəti ilə Rusiya və digər neftdən asılı ölkələrin iqtisadiyyatına zərbə vura bilsin. İstənilən halda İranla ABŞ arasında düşüncə fərqləri çoxdur, eyni zamanda İsrail və Ərəb ölkələri müqavilənin imzalanmasına qarşıdırlar".


Billurə Quliyeva