Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi gecikir

Bölmə: Siyasət › ,
Tarix: 19:34 16.04.2025

Azərbaycan sülh danışıqları üçün addımlar atıb, şərtlər irəli sürsə də, lakin Ermənistan şərtlərlə razılaşsa da, onlara əməl etmədən, sülh prosesini uzadır. Məsələlərlə bağlı tam mövqeyini bildirmir.

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, sülh müqaviləsi baş tuta da bilər, tutmaya da bilər:

 

"Tuta bilib yenidən müharibə ola da bilər, tutmaya bilib müharibə ola da bilər. Bu gedişatın göstəricisidir, buna hər hansı dəqiq fikir söyləmək olmur. Ölkələr var ki, sülh müqaviləsi var vəziyyətləri daim gərgindir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olması, bütün problemlərin həll olunması izahına gəlmir. Azərbaycan-Ermənistan sülh müqaviləsi olmaya-olmaya problemlər həll oluna bilər. Sülh olsa da, problemlər qala bilər. Bütün hadisələr gedişatdan aslıdır".

 

O həmçinin açıqlamasında bildirdi ki, Ermənistan sülhü uzatmaq istəyir:

 

"Azərbayacan da ola bilsin indi ki şərtlərlə sülh müqaviləsi imzalamaq istəmir. Azərbaycanın bu cür yanaşması normaldır. Təbii ki, müharibədə qalib tərəfdir. Niyə hərbi meydanda müharibəni udub, sülh meydanın da heç-heçə ilə bitirsin. Qalib daha çox uğurlu olmalıdır bu hər tərəflidir. Ermənistan gələcəkdə Azərbaycana qarşı işğalçılıq addımı ata bilər. Onlar onsuzda onu gözləyirlər, beynalxalq vəziyyəti öz xeyrlərinə çevirib bunu etmək istəyirlər. Sadəcə indi ona görə sülhdən danışırlar ki, zərbə görüblər, məğlubiyyətə uğrayıblar, lakin sabah yenidən işğalçılıq siyasəti yeridə bilərlər. Onun üçün biz bu məsələni kökündən həll etməliyik. Ermənistanı tələblərimizi yerinə yetirməyə məcbur etməliyik. Bu diplomatik yolla da, hərbi və siyasi yolla da ola bilər".

 

Ayşən Səlimova