Ərdoğan-Suriya məsələsində yeni mərhələyə keçid

Bölmə: Siyasət › ,
Tarix: 20:13 16.04.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya dair dövlətin siyasətində yeni mərhələyə keçid edildiyini bəyan edib. Hökumət iclasından sonra çıxış edən Prezident bildirib ki, Suriyada sabitliyi pozmaq istəyən qüvvələrin qarşısında Türkiyə dayanacaq.

 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında Suriyada kürdlər üçün yeni mərhələnin başladığını deyib:

 

“Türkiyənin Suriyadakı rolu, əslində, Amerikanın planının orada icrasını nəzərdə tutur. Hazırda Suriyada kürdlərə aid muxtariyyət qurmaq niyyətindədirlər. Bəs niyə APO-ya müraciət etdirdilər? Suriyada nə demokratiyadan, nə dini dəyərlərdən, nə də insan hüquqlarından danışmaq mümkündür. Ələvilərə və şiələrə qarşı ciddi təzyiqlər mövcuddur. Belə bir şəraitdə dini bütövlükdən danışmaq qeyri-mümkündür. Suriya Orta Şərqdə strateji əhəmiyyətə malik bir açar ölkədir. Burada bir çox qüvvələrin marağı var, lakin əsas maraq İsrailindir. Özümə məxsus bir ifadə ilə desəm: Orta Şərqdə baş verən hər mühüm siyasi hadisə, İsrailin böyüməsi üçündür", – deyə Vəliyev vurğulayıb.

 

Səyyarə Mirzəyeva