Polşa Azərbaycana yeni səfir təyin edib

Tarix: 21:01 18.04.2025
Pavel Radomski Polşanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusevin Qarabağ bölgəsinə səfəri ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Mövzu ilə bağlı "İnformator.az" açıqlamasında politoloq Sədrəddin Soltan Polşa ilə Azərbaycan arasında tarixi bağlılıqların mövcud olduğunu bildirib:
“Polşa ilə Azərbaycan arasında tarixi bağlılıqlar mövcuddur. Hələ Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl Polşa mühəndisləri ölkəmizdə fəaliyyət göstərmiş, müxtəlif sahələrdə əməkdaşlıq etmişlər. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə uzun müddət Polşada yaşamış və bu ölkə ilə sıx əlaqələr qurub. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Polşa dövləti daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hesab edirəm ki, yeni səfir Pavel Radomski və Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin fəallığı nəticəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri daha da inkişaf edəcək. Polşa və Ukrayna arasında genetik və tarixi yaxınlıq mövcuddur. Polşa Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Azərbaycan da öz növbəsində Ukraynanın ərazi bütövlüyünü tanıyır və onun haqlı mübarizəsini dəstəkləyir. Bu kontekstdə Polşanın Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi tam məntiqə uyğundur. Eyni zamanda Polşanın işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana yardım göstərməsi də mümkündür. Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, Polşanın Azərbaycandakı yeni səfirinin fəaliyyəti uğurlu olacaq".
Qəmər Kazımzadə