Səudiyyə Ərəbistanı vizasız AB yolunda

Tarix: 22:24 18.04.2025
Avropa İttifaqı (Aİ) rəsmiləri Səudiyyə Ərəbistanı vətəndaşlarının vizadan azad edilməsi ilə bağlı işlərin davam etdiyini açıqlayıb. Aİ dünyanın demək olar ki, hər bir regionundan onlarla ölkənin vətəndaşlarına viza azadlığı verir. İrlandiya və Kipr istisna olmaqla, bütün Aİ üzvlərini, həmçinin İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçi əhatə edən Şengen zonasında 29 ölkə var.
Bundan əlavə, 61 ölkənin vətəndaşları Şengen zonasına vizasız daxil ola bilərlər. Bu ölkələr Kolumbiyadan Yeni Zelandiyaya, Tayvandan Birləşmiş Ərəb Əmirliklərinə qədər geniş coğrafiyaya yayılmışdır. İsrail, Albaniya, Şimali Makedoniya, Serbiya, Ukrayna, Qvatemala, Honduras, Malayziya və Solomon adaları kimi ölkələr də Şengen vizasından azaddır.
Bu siyahının qarşıdakı dövrdə daha da böyümə potensialı var.
BBC NEWS
Səftərova Səmayə