ABŞ-da xidmət edən ən yaşlı astronavt 70 illik yubileyində Yerə qayıdır

Tarix: 17:09 20.04.2025
Amerikanın ən yaşlı astronavtı Don Pettit 70 illik yubileyində Yerə qayıdıb.
Pettit və onun rus ekipaj yoldaşları Aleksey Ovçinin və İvan Vaqnerin olduğu "Soyuz MS-26" kosmik kapsul bazar günü yerli vaxtla saat 06:20-də (GMT 01:20) Qazaxıstan çölündə paraşütlə eniş edib.
ABŞ Kosmik Agentliyi NASA bildirir ki, onlar Beynəlxalq Kosmik Stansiyada (BKS) 220 gün ərzində Yer kürəsini 3520 dəfə dövrə vurublar.
İndi kosmosda cəmi 590 gün keçirmiş Pettit üçün bu, onun dördüncü missiyası idi.
Yenə də o, orbitdə uçan ən yaşlı insan deyil - bu rekord 1998-ci ildə NASA-nın missiyasında uçmuş 77 yaşlı Con Qlennə məxsusdur. O, 2016-cı ildə vəfat edib.
Pettit və iki rus kosmonavtı indi cazibə qüvvəsinə uyğunlaşmaq üçün bir müddət vaxt sərf edəcəklər.
Bundan sonra 20 aprel 1955-ci ildə Oreqonda anadan olan Pettit təyyarə ilə Texas ştatının Hyuston şəhərinə, Ovçinin və Vaqner isə Moskva yaxınlığındakı Zvyozdnıy Qorodokda (Ulduz şəhəri) Rusiyanın əsas kosmik təlim bazasına gedəcəklər.
BKS-dən yola düşməzdən əvvəl ekipaj kosmik gəminin komandanlığını Yapon astronavtı Takuya Onishiyə verib.
BBC
Nəzrin Məmmədova