“Əvvəlki referendumlar xalqın iradəsini əks etdirməyib”

Bölmə: Siyasət › ,
Tarix: 10:36 21.04.2025

Ermənistanda indiyə qədər konstitusiya ilə bağlı keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib”.

 

“İnformator.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib

 

Onun sözlərinə görə, Ermənistanda qanun və cəmiyyət arasında uçurum mövcuddur və ədliyyə sahəsində problemlər məhz buna görə yaranır.

 

Xatırladaq ki, Paşinyan martın sonunda bildirib ki, Ermənistan rəhbərliyi 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır.