İstanbulda saat 12 radələrindən etibarən yeddi zəlzələ baş verib

Tarix: 15:55 23.04.2025
Bu gün Türkiyənin İstanbul şəhərində yerli vaxtla saat 12:13-dən etibarən yeddi zəlzələ qeydə alınıb.
“İnformator.az” bu barədə AFAD-ın rəsmi "X" hesabına istinadla xəbər yayıb
Zəlzələlər əsasən Mərmərə dənizində, İstanbulun Silivri və Böyükçəkmecə sahillərinə yaxın ərazilərdə baş verib.
Zəlzələlərin gücü aşağıdakı kimidir:
3.9 bal - Mərmərə dənizi, Silivriyə (İstanbul) 25.54 km məsafədə;
6.2 bal - Mərmərə dənizi, Silivriyə (İstanbul) 23.16 km məsafədə;
4.4 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.74 km məsafədə;
4.9 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 16.77 km məsafədə;
4.5 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.24 km məsafədə;
4.8 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.15 km məsafədə;
5.9 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.88 km məsafədə.
Hazırda zəlzələlərin nəticələri ilə bağlı araşdırmalar davam edir. Rəsmilər əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.
İndiyə qədər bir yaralı barədə məlumat verilib. Bundan başqa üçmərtəbəli bir bina çöküb.
İstanbulda 6.2 güclü zəlzələdən sonra daha iki təkan qeydə alınıb.
“İnformator.az” xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, növbəti təkanlar 4.4 və 4.9 maqnitudalı olub.
Sonuncu zəlzələnin episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.