Beyin və Duyğuların Gücü 

Bölmə: Sosial › ,
Tarix: 21:56 30.04.2025

 

İnsan beynində baş verən emosional proseslər, bəzən ən güclü süni intellektdən belə daha təsirli və mürəkkəb qərarlar yarada bilir. Duyğular yalnız zəiflik yox, eyni zamanda strateji üstünlük də ola bilər. Beynin limbik sistemi və frontal payı arasındakı mübarizə, bizi ya lider, ya da tabe edən gücə çevirir.

 

Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki,beyin sabit bir orqan deyil – o, təcrübələrimiz, fikirlərimiz və davranışlarımızla dəyişir.Duyğularımız da ailə bağlarına,ünsiyyətdə olduğumuz insana, səmimi dostlarımıza görə dəyişə bilir:

 

"Duyğularla idarə olunan qərarlar rasional düşüncədən daha güclü ola bilərmi?-sualına cavab olaraq,bəli, ola bilər. Bu situasiyadan aslı olaraq dəyərlənən bir şeydir. Məsələn : ailə bağlarında, ünsiyyətində, dostlarla bağlı, sevdiklərimizlə bağlı qərar verəndə ,demək olar, hər zaman emosional qərar veririk. Çünki o anlarda beynimizlə analiz etmək həm zaman tələb edən şey olacaq, həm də rasional yanaşma bu kimi münasibət formalarını zədələyə bilər. Amma normalda bu şəkildə verilən qərarları analiz etsək, görərik ki, məntiqli deyil. Emosional yanaşma ilə sevdiklərimizlə bağlarımız fərqli və mənalı dəyərə sahib olur. 

 

Qərarvermə prosesinə motivasiya təsir göstərir. Təhlükəli, sürətli nəticə tələb olunan anlarda bizə sürətli qərar verməyə kömək edir. Bu isə həm də “növbəti qərar qəbulu üçün yaddaşda möhkəm saxlanılmış hazır cavablar” bölməsi yaradır. Çünki emosionallıqla atılan hər bir addım yaddaşda daha dərin iz buraxır. Amma yenə də emosionallıqla rasional düşüncə arasındaki balansı qoruyaraq qərar verməkdə fayda var".

 

Ekspert sevginin və qorxunun bizim həyatımıza olan təsirindən də söz açıb:

 

"Liderlikdə və savaşda şərt fərqliliklərinə görə dəyişir. Liderlikdə qorxu itaət, güclü nəzarət, bəzən yüksək xidmətə gətirib çıxarsa da, sevginin əsaslı olduğu liderlikdə başqa cür ab - hava olur : “mövcud dəyərlər qorunur, motivasiya, həvəs içdən gəlir və uzunmüddətli olur. Səmimi mühit yaranır və liderlə birgə mübarizə istəyini işçilərə aşılayır.

Savaşda isə daha sərt, fərqli dəyərlər sistemi olur. Belə mühitdə qorxu sayəsində həm savaşçıda özünüqoruma instinkti yüksək olur, həm də diqqət ayıq qalır. Akfivlik müşahidə edilir. Çünki beyin təhdid altında olur. Sevgi başlıca olduqda isə iştirakçılar daha fərqli hisslərlə savaşda iştirak edir və ağrı - acını, əziyyəti hiss etmirlər. Yüksək dəyərlər öncəlikli olur. Dayanıqlılıq və sadiqlik yaradır. Hər iki mühitdə hər ikisi də yerinə görə lazımdır".

 

Nəzrin Məmmədova