Kibercinayətkarlıqla mübarizə çərçivəsində 568 şübhəli tutulub

Tarix: 10:02 07.05.2025
Daxili İşlər Naziri Ali Yerlikaya 24 vilayətdə 10 gündür davam edən əməliyyatlarda qanunsuz mərc oyunları, ağır fırıldaqçılıq, onlayn uşaq ədəbsizliyi və istismarı, cinayətdən qaynaqlanan əmlakın yuyulması və ağır oğurluq cinayətləri ilə 568 şübhəlinin tutulduğunu açıqlayıb.
Yerlikaya şübhəlilərin sosial media platformaları və fişinq saytları vasitəsilə "yüksək qazanc vədi ilə" dələduzluq hərəkətləri etdiklərini, qeyri-qanuni mərc saytları üçün infrastruktur təmin etdiklərini, qumar oyunları və pul köçürmələrini asanlaşdırdıqlarını bildirib. O, həmçinin qeyd edib ki, şübhəli şəxslər informasiya sistemlərindən istifadə etməklə qumar oyunları üçün yer və imkanlar təmin edib, vətəndaşların mobil bank hesablarına daxil olaraq qanunsuz qazanc əldə ediblər.
Əməliyyatda 21 nəqliyyat vasitəsi, 8 motosiklet, 28 torpaq sahəsi/tarla, 9 yaşayış yeri/dükan və 11 bağ olmaqla cəmi 1 milyard 111 milyon 599 TL dəyərində pul və əmlak ələ keçirilib. Bundan əlavə, çoxlu sayda sənədsiz tüfəng və rəqəmsal materiallar ələ keçirilib.
Mənbə: TRT Haber
Aysel Mirzəyeva