Merz Almaniyada baş nazir seçilib?

Tarix: 10:55 07.05.2025
Almaniyada keçirilən ümumi seçkilərdə birinci yeri tutan mühafizəkar Xristian Birlik partiyalarının lideri Fridrix Merz parlamentdə keçirilən ikinci səsvermədə baş nazir seçilib. Mayın 6-da keçirilən ilk səsvermədə Merz ölkənin yeni baş naziri olmaq üçün lazım olan səs çoxluğu əldə edə bilməyib.
Bu, Almaniyanın İkinci Dünya Müharibəsindən sonrakı yaxın tarixində bir ilk idi. Merz hökuməti qurmaq üçün 630 yerlik parlamentdə 316 səs tələb etsə də, o, 310 səs toplayıb.Merzin məğlubiyyəti siyasi şərhçilər tərəfindən "alçaldılma" kimi qiymətləndirilib və bazar ertəsi Mühafizəkarlarla koalisiya müqaviləsi imzalayan Sosial Demokrat SPD millət vəkillərinin məsuliyyət daşıdığına inanıblar.
SPD-nin bütün hissələri koalisiya razılaşmasından məmnun deyildi, lakin Merzin tarixi məğlubiyyəti davam etməyi çətinləşdirə bilər.
69 yaşlı Merz səsvermədə qalib gələrsə, onun prezident Frank-Valter Ştaynmayerə baş çəkəcəyi və vəzifəsinin icrasına başlayacağı gözlənilib.
Mənbə:BBC NEWS
Tərcümə etdi:Səmayə Səftərova