“Münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”

Bölmə: Siyasət › ,
Tarix: 10:55 07.05.2025

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanatda deyilir:

 

“Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. 

 

Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.