ABŞ və Ukrayna nadir elementlər üzrə anlaşma imzalayıb

Tarix: 21:50 08.05.2025
ABŞ Prezidenti Donald Tramp, ABŞ ilə Ukrayna arasında nadir elementlər üzrə anlaşmanın rəsmi olaraq imzalanaraq qüvvəyə mindiyini açıqlayıb.
Prezident Tramp Oval Ofisdə verdiyi açıqlamada, ABŞ ilə İngiltərə arasında ticarət anlaşmasına nail olunduğunu bildirərkən, Ukrayna ilə bağlı da bir xəbər paylaşıb. Tramp:
“Ukrayna ilə qanunverici orqanlar vasitəsilə tam şəkildə təsdiqlənən nadir elementlər üzrə anlaşmanı yeni nəticələndirdik. Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacam”. Anlaşmanın imzalanmasından məmnun olduğunu bildirən Tramp:
“Anlaşma artıq imzalanıb və təsdiqlənib. Artıq çox böyük miqdarda və yüksək keyfiyyətli nadir torpaq elementlərinə çıxış imkanımız var”.
Qeyd edək ki, ABŞ və Ukrayna arasında nadir torpaq elementləri üzrə anlaşma çərçivəsində 18 aprel tarixində bir niyyət protokolu imzalanıb.
Mənbə: TRT HABER
Nuray Əliyeva