“Mən cümə axşamı Ukrayna danışıqları üçün İstanbula uça bilərəm”-Tramp

Tarix: 09:14 13.05.2025
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edə biləcəyini bildirib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfər etməyi planlaşdıran Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib.
Tramp:
"Cümə axşamı Türkiyədə Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan yaxşı bir şey çıxa bilər. Oraya uçmağı düşünürdüm. Cümə axşamı harda olacağımı bilmirəm. Çoxlu görüşlərim var, amma ora uçmağı ciddi düşünürdüm. Nəsə ola biləcəyini düşünürəmsə, şans var",-dedi.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib:
“Prezident Trampın Türkiyədəki görüşdə bizə qoşulmasından məmnun olarıq”.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova