ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Qırmızı qəsəbəyə səfər edib

Bölmə: Siyasət › ,
Tarix: 19:38 15.05.2025

"İnformator.az" xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.


"Dünən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Qubada yerləşən Qırmızı qəsəbəyə səfər edib. Azərbaycanın qədim Dağ Yəhudiləri icmasının yaşadığı bu unikal qəsəbə yəhudi irsinin, mədəniyyətinin və dininin qorunub saxlanmasında mühüm rol oynayır", - paylaşımda vurğulanıb.