Türkiyə, ABŞ və Suriyanın baş diplomatları arasında üçtərəfli görüş olub

Tarix: 20:05 15.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya xarici işlər naziri Esad Hasan Şeybani və ABŞ Dövlət katibi Marko Rubio arasında üçtərəfli görüş olub.
"İnformator.az" “Habertürk”ə istinadən xəbər verir ki, tərəflər NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.