Ukraynada avtobus PUA ilə vuruldu-9 ölü, 4 yaralı

Bölmə: Hadisə › ,
Tarix: 10:16 17.05.2025

Rusiya ordusu Ukraynanın Sumı vilayətini pilotsuz uçuş aparatları ilə hücum edib.

 

"İnformator.az" “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hücum zamanı mülki şəxsləri daşıyan avtomobil atəşə məruz qalıb. 

 

Nəticədə 9 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.