Azərbaycanın ilk qadın hərbi pilotu

Bölmə: Maraqlı › ,
Tarix: 22:28 17.05.2025

İkinci Dünya müharibəsi bir vaxtlar SSRİ adlanan böyük ölkənin hər bir vətəndaşının həyatında dərin iz qoyub. XX əsrin bəlası olan nasizm üzərində qələbə naminə ən ağır itkilərlə məhz bu ölkə üzləşib. Azərbaycan da bu qələbəyə öz layiqli töhfəsini verib.

 

Müharibə dövründə Azərbaycanın nefti ən vacib strateji resurslardan biri hesab olunub. Amma ölkəmiz təkcə təbii sərvətləri ilə deyil, həm də müstəsna igidliyi ilə seçilən qəhrəman övladları ilə yadda qalıb. Onlardan biri səmanı özünə həyat arzusu edən çox cəsur bir qadın - Züleyxa Seyidməmmədova idi.

 

Azərbaycanın ilk qadın hərbi pilotu, Böyük Vətən müharibəsi iştirakçısının oğlu Aydın Seyidməmmədov anası ilə bağlı xatirələrini bölüşərək onun cəmiyyət üçün nə qədər dəyərli və önəmli şəxsiyyət olması barədə danışıb.

 

O, Züleyxa Seyidməmmədovanın deputatlıq dövründən, eləcə də Azərbaycan SSR ictimai təminat naziri postunda çalışmasından da bəhs edib. Həmçinin 23 illik nazir vəzifəsindən istefa verərkən ümummilli lider Heydər Əliyevin onun təqaüdə çıxmasını istəmədiyini xüsusi vurğulayıb.