"Kristal Pelas" "Mançester Siti"ni məğlub edərək, İngiltərə kubokunun qalibi olub

Bölmə: İdman › ,
Tarix: 22:03 17.05.2025

İngiltərə Kubokunun final matçında "Kristal Pelas" və "Mançester Siti" qarşılaşıb.

 

"İnformator.az" xəbər verir ki, komandalar Londonun "Uembli" stadionunda görüşdə sensasion nəticə qeydə alınıb.

 

Belə ki, "Kristal Pelas" mançesterliləri üstələyərək Kubokun sahibi olub.

 

Matç 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 16-cı dəqiqədə "Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Eze vurub.